Qubanın Gədikqışlaq kəndində evlərin birində qaz sızması səbəbindən partlayış baş verib. Bu barədə, 14 avqust tarixində məlum olub.

Kənd sakinin İlham Şahbazovun evinin damı və divarları yararsız hala düşüb. Hadisə yerinə FHN-in 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Partlayış zamanı evdə heç kim olmayıb.

Daha öncə, 4 avqust tarixində Qusarın Əniqoba kəndində yanğın baş vermişdir.