Qubada avtomobil yolu keçən qadını vurub. ShimalNews-un müxbiri bildirib ki, hadisə 13 avqust tarixində saat 11:30 radələrində baş verib.
Səkinəxanım məscidi yaxınlığında, Heydər Əliyev prospektində “Hyundai” markalı minik avtomobili 64 yaşlı Sənurə Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, 7 avqust tarixində Qubanın Alekseyevka kəndində oxşar hadisə baş vermişdir.