Qubada Afurca: Azərbaycanın ən yüksək şəlalələrdən biri » ShimalNews

Qubada Afurca: Azərbaycanın ən yüksək şəlalələrdən biri

Foto açıq mənbələrdən

Afurca şəlaləsi, Quba rayonun Afurca kəndinin yaxınlığında Vəlvələ çayının sağ qolunda yerləşir. Bir çox mənbələrə əsasən hündürlüyü 60 metr olan Afurca, Azərbaycanın ən yüksək şəlalələrindən biri hesab edilir. Fars dilindən tərcümədə “Afurca”, su sıçrayışlarının düşdüyü yer deməkdir.

Afurca şəlaləsi təbii mənşəlidir. 200 milyondan çox yaşı olan bu şəlalə, Yura dövrünə aiddir. Bunu çay yatağındakı yura əhəngdaşları sübut edir.

Yerli bələdçilər Afurca şəlaləsini vaxtilə rus şairi Mixail Lermontov və dekabrist (Rusiya imperiyasına qarşı qiyamın iştirakçısı,1825) Bestujev-Marlinskiynin ziyarət etdiklərini iddia edirlər.

Şəlalə 1986-cı ildə təsdiqlənmiş “Azərbaycanın Təbii Abidələri” nin ilk siyahısına daxil edilmişdir.

Mənbələr: 

  1.   T.N.Kəngərli, Ş.Ə.Babayev. Azərbaycan Respublikasının geoloji irsi.
  2.   Azərbaycan Milli Ensiklopediyasi,I cild
  3. https://is.gd/MtJbsi