Qubada tikintidə işləyən fəhlə binadan yıxılaraq ölüb. Bu barədə bu gün, 13 avqust tarixində məlum olub.

Hadisə Əliqulu Nərimanov küçəsində baş verib. Quba şəhər sakini 54 yaşlı Elman Abbasov yuxarı qəbirstanlığın yaxınlığında tikilən mərasim evinin damından yıxılaraq ölüb.

Rayon prokurorluğunda faktla bağlı araşdırma davam etdirilir.

Tikinti-quraşdırma işləri aparılan yerlərdə ən çox ölüm halları məhz hündürlükdən yıxılmaların payına düşür.

Hündürlükdə görülən işlərdə çalışan işçilərə olan tələblər aşağıdakılardır:
– 18 yaşa çatmış şəxslər;
– Tibbi əks göstərişi olmayan şəxslər;
– Hündürlükdə işlə bağlı müəyyən ixtisasa, biliyə, bacarığa malik işçilər;
– Hündürlük qorxusu olmayan işçilər.