Xaçmazda intihar hadisəsi baş verib. Bu barədə 12 avqust məlum olub.

Ağtala kəndində 43 yaşlı Oqtay Qeybullayev kənd qəbiristanlığında özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, 30 may tarixində Hacıəlibəy kəndində intihar qeydə alınmışdır. 64 yaşlı Sabir Qasımov özünü yaşadığı evin həyətində asmışdır.