Xaçmazda yerləşən “Yalama Aqropark”da qarğıdalı tədarüki davam edir. Bu barədə 12 avqust məlum olub.
Silosluq qarğıdalının biçini avqust ayının əvvəlindən başlanılıb. İlkin mərhələdə 100 hektar sahədə yığım artıq yekunlaşıb, növbəti 200 hektar yemlik qarğıdalı isə sentyabr ayında biçiləcək.
Bundan əlavə, “Yalama Aqropark”da cins heyvandarlıq kompleksi, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq təsərrüfatları qurulmaqdadır. Beləliklə, həyata keçirilən işlər aqrar sahədə sosial-iqtisadi inkişafın sürətləndirilməsini, ixtisaslı kadrların hazırlanması və yeni 200 iş yerlərinin açılmasını təmin edəcək.