Xaçmaz rayon sakini itkin düşüb. Bu barədə bu gün 12 avqust tarixində məlum olub.

25 yaşlı rayon sakini Hikmət Qafarov iyulun 28-də evdən çıxaraq geri dönməyib. Onun boyu 170 sm, arıq bədən quruluşu var. Əynində sarı köynək, göy rəngli şalvar və boz rəngli ayaqqabı olub.

Apa-ın paylaşdığı şəkildəki şəxsi görən olarsa, DİN-in “102 Zəng Mərkəzi” xidmətinə və ya +99455 722 27 99 nömrəsi ilə əlaqə saxlayıb məlumat verməkləri xahiş olunur.