Xaçmaz rayonunda yol qəzası baş verib. Bu barədə bu gün 12 avqust tarixində məlum olub.

Rayonun Yalama kənd sakini 53 yaşlı Cavid Atakişiyevi “Ford” markalı avtomobil vurub. O, Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 7 avqust tarixində Qubanın Alekseyevka kəndində oxşar yol-nəqliyyat hadisəsi baş vermişdir.