Bakı-Quba yolunda iki avtomobil toqquşub. Bu barədə 12 avqust tarixində məlum olub.
Hadisə Quba rayonunun İsnovqışlaq kəndi yaxınlığında qeydə alınıb. “Shachman” markalı yük avtomobili ilə “Niva” markalı minik avtomobili toqquşub.
Nəticədə xəsarət alan rayonun İkinci Nügədi kənd sakini Əmrulla Əfəndiyev Şabran rayon mərkəzi xəstəxanasında ölüb.
Daha öncə, Qubada 2 avqust tarixində ağır yol qəzası baş vermişdir.