Qubada koronavirusa qarşı dezinfeksiya işləri həyata keçirilib. Bu barədə bu gün, 12 avqust tarixində məlum olub.

Quba rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin küçələrində, binaların giriş bloklarında, bazar ərazisində, parklarda və digər ərazilərdə xüsusi texnika vasitəsi ilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılıb.

Daha öncə, 11 avqust tarixində Xaçmaz və Xudat şəhərlərindədə eyni işlər həyata keçirilmişdir.