Xaçmazda narkotik bitkilərin yetişdirilməsində şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə bu gün, 11 avqust tarixində məlum olub.
Xaçmaz rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik bitkilərin yetişdirməsində şübhəli bilinən Gülalan kənd sakini Şahin Yarıyev saxlanılıb. Ona məxsus pay torpaq sahəsinə baxış zamanı 51 ədəd yaş vəziyyətdə çətənə kolu və 8 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.
Bundan əvvəl, 5 avqust tarixində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik bitkiləri yetişdirən şəxs saxlanılmışdır.