Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən “Atlant” istirahət mərkəzində karantin rejimi qaydalarının pozulması aşkar olunub. Bu barədə bu gün, 11 avqust tarixində məlum olub.

Keçirilən yoxlamalar zamanı polis əməkdaşları tərəfindən mərkəzin rəhbərliyindən Tahir Qədəşov, onun qohumu Azər Qədəşov və pozuntu şəraitini yaradan xidməti personal müəyyən olunaraq saxlanılıblar.

Azər Qədəşov həbs edilib. Digər saxlanılanlar isə müvafiq maddə əsasında cərimələniblər.

Faktla bağlı epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daha öncə, 3 avqust tarixində “Diamond” restoranının icarədarı inzibati qaydada həbs olunmuşdur.