Xaçmaz şəhərində yaşayan qazilər və şəhid ailələri dərman vasitələrini apteklərdən pulsuz ala bilərlər. Bu barədə 11 avqust tarixində ShimalNews-un müxbiri məlumat verib.

Dəstəkdən istifadə etmək üçün rayon sakinləri “Yaşat” fondunun 8110 qaynar xəttinə müraciət edə bilərlər. Həmin şəxslərin müvafiq tibbi sənədləri hazırlanaraq, fondun nümayəndəsi vasitəsi ilə apteklərə yönləndirilir. Bunun üçün diaqnoz və möhürlənmiş resept tələb olunur.

“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanan və şəhid ailələrinin təminatı məqsədilə yaradılmışdır.