Qusarın Əcəxuroba kəndində yeni su çəni quraşdırılıb. Bu barədə ShimalNews-un müxbiri bu gün, 11 avqust tarixində məlumat verib.

Əcəxuroba kənd sakinlərinin şəxsi vasitələri hesabına və bələdiyyənin dəstəyi ilə ərazidə 25 tonluq su çəni quraşdırılıb və artıq istifadəyə verilib.

Qeyd edek ki, iyulun 15-də Əcəxuroba kəndində su çəni sınaraq aşmışdır. Xəsarət alan olmamışdır.