Qubada unun qiyməti qalxıb. Bu barədə Shimal.News-un müxbiri məlumat verib.
Satıcıların sözlərinə görə, un kisəsinin qiyməti 27 azn idi, indi isə 29 azn olub. Müxbirimizə verilən məlumata görə, səbəb “Karat Holding” tərkibində olan “Karmen” MMC-ə məxsus dəyirmanın bağlanmasıdır.
Daha öncə, 18 may tarixində unun kisəsi 0,5 azn bahalaşaraq 26,5 azn təşkil etmişdir.