Xudat şəhərin aşağı məhəllə adlanan ərazidə saat 12:00 radələrində yanğın baş verib. Bu barədə Shimal.News-un müxbiri məlumat verib.

Hadisə yerinə 2 ədəd yanğınsöndürən maşın cəlb olunaraq yanğın söndürülüb. Nəticədə N. Məmədova məxsus bağda təxmini 300 ədəd ot tayası yanıb. Xəsarət alan olmayıb.

Qəsəbə sakininin sözlərinə görə yanğın qəsdən törədilib.

Daha öncə, 3 avqust tarixində Qusarın Hil kəndində yanğın baş vermişdi.