Xaçmaz: Hacıəlibəy kəndində natəmizlik sakinləri narahat edir

10 Avqust 2021, 17:45

Envato

Tullantılar üçün qablar yoxdur və ərazi təmizlənmir

Xaçmazda məişət tullantıları əhalinin narazılığına səbəb olub. Bu barədə 10 avqust tarixində Baku.TV məlumat yayıb.

Rayonun Hacıəlibəy kəndinin sakinlərinin sözlərinə görə, ölü heyvan iyindən və natəmizlikdən ətrafda yaşayanlar əziyyət çekir. Bura 6 qəsəbəni birləşdirən yol olmasına baxmayaraq, tullantılar üçün qablar yoxdur və ərazi təmizlənmir.

Daha öncə, 9 avqust tarixində eyni hal Qusarçayla Dədəli kəndlərinin kəsişdiyi ərazidə müşahidə olununmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.