Bu il Xaçmazda tədarük edilən fındığın Zaqatala ilə müqaisədə ortalama qiyməti daha ucuzdur. Bu barədə 10 avqust məlum olub.

Təzə toplanan fındığıın 1 kq qiyməti Zaqatalada təqribən 2.30-2.50 manat təşkil edir. Xaçmazda isə təmizlənməmiş fındığın qiyməti təxmini 1.40 manatdır.

Azərbaycanda 80 min hektara yaxın fındıq bağı salınıb. Onların yarıdan çoxu məhsuldar bağlardır. 2020-ci ilin sentyabr ayında ortalama 45 min ton qabıqlı fındıq tədarük olunub. 2021-ci ildə Misir və Pakistana ixraca başlamağı və İtaliyaya ixracı artırmağı planlaşdırılıb.