Şimal bölgəsində özünüməşğulluq proqramına dəstək davam edir

10 Avqust 2021, 11:40

Foto Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytından

Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri müraciət edə bilər

Quba, Qusar və Xaçmaz rayonlarında özünüməşğulluq proqramına dəstək davam edir. Bu barədə dövlət məşğulluq agentliyinin rəsmi saytında məlumat verilib.

“Sosial bağlar” layihəsi çərçivəsində biznes istiqamətli bağçılıq təsərrüfatları yaradılır və genişləndirilməsi təmin olunur.

Mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə 1 sentyabr tarixinədək müraciət edə bilər.

Layihə iştirakçılarına dair tələblər aşağıdakılardır:

  • Bağa baxmağa istək və təcrübəli olmalıdır;
  • Əmlakdan təyinatına uyğun istifadə etməli, bağ salınıb təhvil verildikdən sonra ona düzgün qulluq etməlidir;
  • Bağ təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;
  • Yerli məşğulluq mərkəzlərində təşkil olunan müvafiq təlimlərdə iştirak etməlidir;
  • Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə bağda monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;
  • Bağın və ona təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsı qadağandır.

 

Bura cəlb edilən namizədlərin qiymətləndirilməsi keçiriləcək. Onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürülür. Şəhid ailələrinə, qazilərə, sosial cəhətdən həssas kateqoriyadan olan şəxslərə üstünlük verilir.

Proqrama aşağıda qeyd olunan müraciət formasını tamamlamaqla və ya müvafiq ərazi məşğulluq mərkəzlərinə təqdim etməklə müraciət etmək mümkündür.

Layihəyə qoşulmaq üçün “Layihələr üzrə müraciət forması”-nı doldurmaq xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.