Qusar rayonunda yerləşən müəssisələr Rusiyaya alma ixrac edəcək. Bu barədə 10 avqust tarixində, qonşu ölkənin “Россельхознадзор” adlı səlahiyyətli qurumu məlumat yayıb.

Həmin müəssisələrin siyahısında “Agroline”, “M-AGROFRESH” və “ECO FRUİTS” MMC-lər yer alıblar.

Daha öncə, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan idxal olunan alma məhsullarına “Россельхознадзор” qadağa qoymuşdur. Səbəb olaraq məhsulda şərq meyvəyeyən zərərvericisinin aşkar olunmasını bildirilmişdir.