Xaçmaz rayonunda zibillik illərlə təmizlənmir. Bu barədə 9 avqust tarixində ShimalNews-un müxbiri məlumat verib.

Qusarçayla Dədəli kəndlərinin kəsişdiyi ərazidə və meşə təsarrüfatında zibil tullantıları əhalinin narahatçılığına səbəb olur. Sakinlər bildiriblər ki, xüsusi ayrılmış yer olmadığından hamı zibili bura atır. Tullantı qablarının yerləşdirilməsi və onların daimi təmizlənməsi təmin olunarsa, məsələ öz həllini tapar.

Daha öncə Qubanın Dəvədabanı yaşayış massivində məişət tullantılarının yandırıldığı, nəticədə ətrafa tüstü və qoxu yayılmışdır. Bununla bağlı “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinə akt və protokol tərtib edilərək, hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər Quba Rayon Məhkəməsinə göndərilmişdir.