Quba rayonunda qadını hərəkətdə olan avtomobildən atıblar. Avqustun 7-də baş verən hadisənin təfərrüatları bu gün məlum olub.

Mübahisə zəminində Şabran rayon sakini Heyyət Heybətov idarə etdiyi avtomobildən tanışı olan qadını yola atıb. Xəsarət alan Qusar rayon sakini Natəvan Sarxanova rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

DİN-in mətbuat xidməti bildirib ki, hadisəyə hüquqi qiymət veriləcək.