Quba şəhərində Dövlət Məşğulluq Agentliyi tərəfindən yeni layihəyə start verilib. Bu barədə agentliyin rəsmi saytında məlumat yayılıb.

“Təbiəti qoruyaq” layihəsinin əsas məqsədi məşğulluğa dəstək və haqqı ödənilən ictimai işlərin əhatə dairəsini genişləndirməkdir.

Şəhidlər xiyabanında 4 ay müddətində abadlıq işləri aparılması üçün Qubada işaxtaranlara imkan yaradılıb.

Sakinlər layihəyə qoşulmaq üçün ərazi məşğulluq mərkəzlərinə müraciət edə bilərlər. Son müraciət tarixi 31 oktyabr 2021-ci il müəyyən edilib.