Qubada polisdən qaçan narkotacir saxlanılıb. Bu barədə 9 avqust tarixində məlum olub.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, keçirilmiş axtarış nəticəsində Rauf Abbasov saxlanılıb. O, qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma maddəsi ilə axtarışda idi.
Bundan əvvəl, iyulun 19-da “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Abasov narkotik vasitələri satarkən yaxalanmışdır. Lakin polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçmışdır.
Rauf Abbasov Qusar rayon polis şöbəsinin keçmiş əməkdaşı olub. O, xidmətdə olduğu zaman narkotik istifadə etdiyi üçün xaric edilmişdir.