Xudat şəhərində bu gün, 7 avqust 13:00 radələrində yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews-un müxbiri məlumat verib.

Şəhərin Aşağı məhəllə adlanan ərazisindəki R. Cəfərova məxsus evin həyətində 200-ə yaxın ot bağlaması yanıb. Alov zibil tullantılarını yandırarkən həyətə keçib.

Yanğın söndürülüb. Xəsarət alan yoxdur.

Daha öncə, 3 avqust tarixində Qusarın Hil kəndində yaşayış evində yanğın baş vermişdir.