Xaçmaz rayonunun Qımılqışlaq kəndində məktəb binası əsaslı təmir olunub. Bu barədə 7 avqust tarixində məlum olub.

Ümumilikdə məktəb 480 şagirdin təhsil alması üçün nəzərdə tutulub. İkimərtəbəli binada 18 sinif otağı təmir edilib. Həmçinin istilik, elektrik, müşahidə sistemləri, yeni inventar və avadanlıqlar ilə təmin olunub.

Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbinin köhnə binası 1974-cü ildə istifadəyə verilib. Yenidən qurulmasına ötən ilin iyul ayından başlanılıb. Ümumi tikinti sahəsi 2114 kv. m təşkil edir.