Xaçmazda iki yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə bu gün, 7 avqust tarixində məlum olub.

Xaçmaz şəhərində Çaxçaxlı kənd sakini 33 yaşlı Rəhim Abasovu avtomobil vurub. O, rayonun mərkəzi xəstəxanasına yerləşdirilib, sağ baldır sümüyü sınıb.

Digər hadisə Xudat-Yalama avtomobil yolunda baş verib. Bir ailə istirahətdən Bakıya qayıdarkən qəzaya düşüb. Nəticədə şəhər sakini, 68 yaşlı Lyudmila Paskirina xəsarət alıb. Xudat təcili tibbi yardım məntəqəsində ilkin yardım alaraq Xaçmaz rayon mərkəzi xəstəxanasına göndərilib.

Faktlarla bağlı araşdırmalar aparılır.