Qusarda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur. Bu barədə bu gün, 6 avqust tarixində məlum olub.

Qusar–Qayakənd–Avaran–Xürəl avtomobil yolunun tikintisinə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,6 milyon manat ayrılacağı barədə prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb.

Yaşayış mənətəqələrini birləşdirən yolun eni 10 metrə qədər genişləndirilir. 8 min əhalisi olan kəndlərdə müasir yol infrastrukturu qurulması planlaşdırılır.