Quba rayonunun Təngəaltı kəndində həyətyanı sahədə yanğın baş verib. Bu barədə 5 avqust tarixində FHN-in mətbuat xidməti məlumat yayıb.
Sahədə 8 ton ot bağlaması və yaxınlıqda olan tövlənin dam örtüyünün yanar konstruksiyalarının 30 kv.m yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsinə zərər dəyməyib. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Daha öncə, avqustun 4-də Qusar rayonunun Əniqoba kəndində yanğın baş vermişdir.