Quba rayonunun Aşağı Atuc kəndində benzinlə işləyən generator partlayıb. Bu barədə bu gün, 6 avqust tarixində məlum olub.

Kənd sakini, 35 yaşlı Tərlan Əhmədxanov generatoru işə salmaq istəyəndə, benzin çəni partlayıb.

Nəticədə Əhmədxanov bədəninin ikinci dərəcəli yanıqları ilə rayonun mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.