Hazırda ADPU-in Quba filialında təmir-bərpa və quruculuq işləri davam edir. Bu barədə bu gün, avqustun 6-sı məlum olub.

Tezliklə filialda tələbələr üçün geniş tədris binaları, müasir auditoriyalar və avadanlıqlar, yüksək İKT (informasiya və kommunikasiya texnologiyaları) şəraiti yaradılmağı gözlənilir.

Qeyd edək ki, ADPU-in Quba filialı 14 iyun 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazasında yaradılmışdır.