Xaçmazda kitab sərgisi keçiriləcək (xəbər yeniləndi)

5 Avqust 2021, 16:29

Envato

Sərginin açılışı 6 avqust tarixində olacaq

06.08.2021

Təşkilatçıların veridiyi məlumata görə, sərginin açılışı pandemiya ilə əlaqədar təxirə salınıb. Keçirilmə tarixi müəyyən ediləndə, xəbər yenilənəcək.

05.08.2021

Xaçmazda “Nizami Gəncəvi ili Söz Xəzinəsi” adli kitab sərgisi keçiriləcək. Bu barədə rayonun Heydər Əliyev mərkəzindən bu gün, avqustun 5-də məlumat verilib.

Sərgi rayon mərkəzi kitabxanasının üzvləri, fəal gənc oxuyucuların təşəbbüsüdür. Tədbir Xaçmaz rayonunun İH və Regional mədəniyyət idarəsi ilə razılaşdırılıb. Açılış Heydər Əliyev parkında 6 avqust tarixində saat 16:00-da keçiriləcək.

Qeyd edək ki, bu il Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezidentin qərarı ilə, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.