Xaçmazda avtomobil piyadanı vurub

5 Avqust 2021, 14:06

Envato

Xəsarət alan xəstəxanaya yerləşdirilib

Xaçmazda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. Bu barədə bu gün, 5 avqust APA məlumat yayıb.

Bakı şəhər sakini, 63 yaşlı Seyfulla Nağıyev idarə etdiyi avtomobil ilə Xudat şəhər sakini 61 yaşlı Əkbər Həsənovu vurub. Xəsarət alan Həsənov rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, 4 avqust tarixində Zaqatala rayonunda avtomobil Qusar rayonun sakini Natiq Musayevi vurmuşdur. Ukur kənd sakini Musayev ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.