Xaçmaz rayonunda yerləşən “Ariz” şadlıq sarayında pandemiya dövrünün qaydalarının pozulduğu aşkarlanıb. Bu haqda bu gün, 5 avqust Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Keçirilən baxış zamanı şadlıq sarayındakı qonaqların portalda qeydiyyatdan keçmədiyi qeyd olunub. Bundan başqa, işçilərin tibbi maskalardan, əlcəklərdən və digər qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilib. Müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Daha öncə, 30 iyul tarixində Xaçmazda fəaliyyət göstərən “Xoşbəxt məkan” şadlıq sarayında qayda pozuntusu aşkar olunmuşdur.