Qubalı gənc “Nobel” mükafatı qazanmaq istəyir

5 Avqust 2021, 14:55

Açıq mənbələrdən foto

O, yağış suyundan enerji istehsal edən qurğu hazırlayıb

Qubalı 18 yaşlı ixtiraçı Reyhan Camalova “Nobel” mükafatı qazanmaq istəyir. Bu barədə avqustun 5-i məlum olub.

“Kids Story” adlanan kitabda müxtəlif ölkələrdən olan uşaqlar və onların hazırladığı maraqlı layihələr barədə məlumatlar qeyd edilib. Onlar arasında Camalovanın da adı var. O, yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu ixtira edib. Bu haqda kitabda məlumat və karikaturalar əks olunub.

“İnanıram ki, gələcək illərdə görəcəyim işlərlə cəmiyyətə daha da faydalı olaraq mənə göstərilən bu etimadı doğruldacam”,- Camalova fikirləri ilə bölüşüb.

Daha öncə, 2018-ci ildə Camalovanın adı “Forbes” nəşrinin “Asiya üzrə 30 ən yaxşı gənc araşdırmaçı” siyahısına daxil edilmişdir. Sonra isə 2021-ci ildə Camalova “Green  Awards” müsabiqəsinin qalibi olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.