Qubada şagirdlər üçün Qərbi Kaspi Universitetin Texnoparkı təlimlər keçirib. Bu haqda bu gün, 5 avqust tarixində məlum olub.
Qrız kəndində “WeStep” layihəsi çərçivəsində robototexnika tədbiri təşkil edilib. Həmçinin uşaqlara robotlar hədiyyə edilib.
Qeyd edək, ki Qərbi Kaspi Universitetinin texnoparkı 2017-2018-ci tədris ilinin əvvəlində qurulub. Respublikanın bölgələrində məktəblilər üçün müasir texnologiyalar barədə təlimlər keçirir. Əsas məqsədi akademik və tələbə heyətinin elmi-təcrübi işlərini həyata keçirtmək, kommersiyalaşdırmaq və cəmiyyətə tövhə verməkdir.