Qubada rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik bitkiləri yetişdirən şəxs saxlanılıb. Bu barədə bu gün, 5 avqust DİN-in mətbuat xidməti məlumat verib.

“Xaşxaş-2021” əməliyyatı nəticəsində Nügədi kənd sakini Fariz Ağayev saxlanılıb. Baxış zamanı onun evində qurudulmuş marixuana və çətənə bitkisinin toxumları aşkar edilib. Bundan başqa, Ağayevin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş 42 ədəd çətənə kolları tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 4 avqust tarixində Qusar rayonunun Aşağı İmamqulukənd kəndində narkotik bitkilərin yetişdirilməsi ilə məşğul olan şəxs saxlanılmışdır.