Avqustun 3-dən 4-ə keçən gecə, Zaqatala rayonunda 44 yaşlı Mahir Qasımov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə 23 yaşlı Natiq Musayevi vurub. Ukur kənd sakini Musayev ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunda baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 2 avqust tarixində Xaçmazın Xudat-Nabran yolunda avtomobil 43 yaşlı Mais Qasımovu vuraraq öldürüb.