Qusar rayonunun Aşağı İmamqulukənd kəndində narkotik bitkilərin yetişdirilməsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə avqustun 4-ü məlum olub.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış nəticəsində kənd sakini Roman Xəlilov saxlanılıb. Onun bağ sahəsində qanunsuz əkib yetişdirdiyi çətənə kolları aşkar olunaraq götürülüb.
Daha öncə, iyulun 27-i Qusarda “Xaşxaş-2021” adı altında əməliyyət keçirilib. Kuzun kənd sakini Ehtiram Mollayev çətənə yetişdirməkdə şübhəli bilinərək saxlanılmışdır.