Qubanın Çiçi kəndində örüş problemi barədə sakinlər şikayət ediblər. Bu haqda bu gün, 4 avqust RealTV məlumat yayıb.

“Qanunsuz olaraq sahə zəbt olunub, heç bir sənəd yoxdur, uzun illər örüş kimi istifadə edilən ərazinin bir hissəsində icranın icazəsi olmadan dirəklər basdırılıb”- deyə sakinlərdən biri bildirib.

Sakinlərin sözlərinə görə, örüş sahəsinin kim tərəfindən hasarlandığı məlum deyil.

Kənd bələdiyyəsinin sədri Arif Ömərov cavab olaraq bildirib ki, bu sahə 2006-cı ildə qanuni olaraq bir vətəndaşa satılıb və o, torpaqları indi isifadə etmək qərarına gəlib.

Həmçinin Ömərov qeyd edib, ki sakinlər məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərlər.