Qubanın kəndlərində su qıtlığına görə bağlar və meyvə məhsulu məhv olur. Bu barədə avqustun 4-dü sakinlər məlumat verib.

Hacıhüseynli kənd əhalisinin sözlərinə görə, dolanışıqları meyvə bağlarından çıxır. Bir aydan sonra yığım başlamalıdır. Lakin bu quraqlıqda məhsul götürülə biləcəyi sual altındadır. Yararsız hala düşən məhsulu yalnız “konserv zavod” alacaq.  Bu isə dərmən pulu xərclərini belə ödəmir. Şirkətlər və bəzi kəndlər vaxtında sulaya bilir bağlarını. Deməli su düzgün bölünmür.

Quba suvarma idarəsi müraciətlərə cavab olaraq bildirib ki, keçən illə müqaisədə çayda su 10 dəfə azalıb.

Daha öncə Shimal.News Qubanın bağ və tərəvəz sahələrin quruması təhlükəsi haqda məlumat vermişdir. Həmçinin hər gün “Sement” su kanalı ətrafında növbə olması barədə xəbər paylaşmışdır.