Xaçmazda Milli kinonun 123 yaşı qeyd olunub

3 Avqust 2021, 11:16

Tədbirdə Xaçmazda çəkilən filmlərin fraqmentləri nümayiş olunub

Xaçmaz Xalq teatrının təşkilatçılığı ilə Milli Kino Gününə həsr edilən tədbir keçirilib. Bu barədə avqustun 3-də məlum olub.

Tədbirdə Azərbaycan kinematoqrafının 123 ili qeyd edilib. Eyni zamanda Xaçmazda çəkilən filmlərin fraqmentləri nümayiş olunub.

Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf Aleksandr Mişon tərəfindən çəkilmişdir. Onlar xronika süjetli “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və bədii kinosüjetli “İlişdin” filimləri idi. Ölkəmizdə son on ildə 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. Onlardan 231-i beynəlxalq film festivallarında iştirak edərək 146 müxtəlif mükafata layiq görülüblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.