“Hər şey yaxşı olacaq” filmi Çingiz Qurbanov haqqındadır
Qusar rayonundan olan Milli Qəhrəman Çingiz Qurbanov haqqında sənədli film çəkilib. Bu barədə 2 avqust tarixində məlum olub.
Filmin adı üçün “Salnaməfilm” studiyası, Çingizin ailəsi ilə vidalaşarkən “Hər şey yaxşı olacaq” söylədiyi son sözləri götürülüb. Çəkilişlər Qusar rayonunda, Bakıda və Müdafiə Nazirliyinin Təlim-Tədris mərkəzində müşahidə janrında hazırlanıb.
Qeyd edək ki, Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Həzrə kəndində anadan olub. 2016-cı ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Dekabrın 29-u Qurbanov ermənilərin pusqusuna düşərək şəhid olub. 7 fevral 2017-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bundan sonra, şəhidin atası Salman Qurbanova “Qızıl Ulduz” medalı və Bakı şəhərində üç otaqlı mənzil təqdim edilmişdir.