Qusarın Hil kəndində yanğın baş verib. Bu barədə bu gün, 3 avqust tarixində ShimalNews-un müxbiri məlumat verib.

Hadisə saat 10:30 radələrində qısa qapanma nəticəsində yaşayış evlərinin birində qeydə alınıb. Evdə heçkim olmadığından, xəsarət alan olmayıb. Alov evin pəncərələrini əridib. Yanğın təxminən bir saat ərzində söndürülüb.


Daha öncə, 19 iyul tarixində Güləzi kəndində mal tövləsinə bitişik evdə yanğın baş vermişdir. Nəticədə, kənddə 30 tondan çox ot bağlaması yanmışdır.