Qusar rayonunda yerləşən “Diamond” restoranında karantin rejimi qaydalarının pozulması aşkar edilib. Bu haqda bu gün, 3 avqust tarixində DİN məlumat verib.

“Diamond” restoranında keçirilən toy mərasimində qonaqların portalda qeydiyyatdan keçmədiyi məlum olub. Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı Elvin Tahirov 20 gün müddətinə inzibati həbs cəzası alıb.

Daha öncə, 31 iyul tarixində, Qusarda “Ladera” restoranında karantin rejimi qaydalarının pozulması qeydə alınmışdır. Restoran sahibi Abdul Hüseynov 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir.