Xaçmaz rayonunun Aşağı Zeyid kəndində gecə saat 02:00 radələrində Qaraçay çayına sel gəlib. Bu haqda Qafqazinfo bu gün, 2 avqust məlumat yayıb.

Sel nəticəsində kəndin küçələri, yolları və hələ istifadəyə verilməyən subartezian quyusu yararsız hala düşüb. Həmçinin, bir neçə hektar pomidor sahələrinə ziyan dəyib.

Kəndin bələdiyyə sədri Tərlan Paşayevin sözlərinə görə, kənd artıq 3-cü dəfədir ki su altında qalır. Fəsadları aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyi əraziyə 2 ədəd traktor göndərib.

İyulun 20-də Qubada Ağçayda sel səbəbindən suyun səviyyəsi qalxmışdır. Hadisənin saat 17:00 radələrində başlandığı ehtimal olunur. Sakinlərin sözlərinə görə, sel dağlarda yağış və qarın əriməsi səbəbindən əmələ gəlmişdir.