Xaçmazın Pirquluoba kəndində şəhidlərin xatirəsinə bulaq-abidəsinin açılışı keçiriləcək. Tədbir bu gün, avqustun 2-də saat 15:00-da baş tutacaq. Bu barədə ShimalNews-un müxbiri məlumat verib.
Bulaq-abidə Vətən müharibəsinin ilk günləri şəhid olmuş gizir Çobanov Orxan Zahid oğlunun adını daşıyacaq. Onun valideynləri tərəfindən tikilən bulaq-abidənin açılışında, rayon icra hakimiyyəti nümayəndələrinin iştirakıda gözlənilir.
Şimal bölgəsindən olan daha 8 şəhidin abidəsi bulağın ətrafında qurulub:
Baş gizir Hüseynli İlqar Şəmiyət oğlu
Leytenant Məcidov Aqil Aydın oğlu
Əsgər Qocayev Güneş Əfqan oğlu
Əsgər Məmmədov İkram Ehtiram oğlu
Əsgər Arazov Elçin Eldar oğlu
Əsgər Yüzbəyov Əmrah Aydın oğlu
Əsgər Mədinov Rəşid Nəzər oğlu
Əsgər Yaqubov Telman Rafiq oğlu
Çobanov Sudur kəndində avqustun 2-si anadan olub, Pirquluobada yaşayırdı. O, 28 sentyabr, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.