Xaçmaz rayonunda yol qəzası baş verib. Bu barədə bu gün, 2 avqust məlum olub.

Xudat-Nabran yolunda avtomobil 43 yaşlı Mais Qasımovu vurub. Xudat şəhər sakini Qasımov yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, Xaçmazda 19 iyul tarixində 21 yaşlı Valeh Ağayevi avtomobil vurmuşdur. O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdir.