Qubada 2 avqust saat 00:30 radələrində ağır yol qəzası baş verib. 2 nəfər dünyasını dəyişib, 4 isə ağır xəsarət alıb.

Hadisə Quba-Qonaqkənd yolunun 15-ci km-də qeydə alınıb. “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Qazel” yük avtomobili ilə toqquşub. Minik avtomobilin sürücüsü 23 yaşlı Rauf Nəcəfov yerindəcə keçinib, sərnişin isə 21 yaşlı Taleh Abiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəsarət alanlar, 29 yaşlı Rahim Qəhrəmanov, 16 yaşlı Bəhruz Şərafəddinov, 49 yaşlı Elmar Babayev və 53 yaşlı Azər Məmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.