Xaçmaz rayonunun Qusarçay kənd sakini, “Topçu Vüsal” kimi tanınan Vətən müharibəsi iştirakçısı Vüsal Şahkərimov FHN-ə işə dəvət olunub.
İslam Şahkərimovun sözlərinə görə, oğlu hələ hərbi xidmətdə olarkən, ona nazirliklərdən və digər dövlət qurumlarından iş təklifi gəlib. FHN-də işləmək Vüsalın uşaqlıq arsuzu olduğuna görə, onların təklifini qəbul edib. Yaxın zamanda işə qəbulu ilə bağlı əmri çıxacaq.
Nazir Kamaləddin Heydərovun onunla görüşəcəyi gözlənilir.
Şahkərimov Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı ərazilərində döyüşüb və Şuşada xidmətini davam etdirib. O, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.